Modern.az

Lavrov TƏSDİQLƏDİ: “Suriyada rusiyalı hərbçilər var”

Lavrov TƏSDİQLƏDİ: “Suriyada rusiyalı hərbçilər var”

10 Sentyabr 2015, 16:48



Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada rus hərbçilərinin olduğunu təsdiqləyib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rusiyalı nazir hərbi qulluqçuların Suriya ordusuna texniki yardım etdiyini deyib.

“Rusiya hərbçiləri Suriyada uzun illərdir ki, fəlaiyyət göstərirlər. Onların ölkədə mövcudluğu “İslıam dövləti” və digər esktremist qüvvələrə qarşı mübarizənin əsas yükünü çiynində daşıyan Suriya ordusuna silahların verilməsi ilə bağlıdır”.

Lavrovun sözlərinə görə, rusiyalı hərbçilər Suriya ordusuna yeni texnikadan istifadə olunma qaydalarını başa salır və bu yardımlar gələcəkdə də davam edəcək.

Vüqar İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu