Modern.az

Yaponiyalı professor ATU-ya gəldi

Yaponiyalı professor ATU-ya gəldi

10 Sentyabr 2015, 16:53

Bu gün Yaponiyanın Tohoku Universitetinin Tibb Fakültəsinin Epileptologiya kafedrasının professoru, Nobukazu Nakasato Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.

Görüşdə ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov qonağa epilepsiya sahəsinin vacibliyindən söz açıb. Rektor bildirib ki, Azərbaycanda bu sahə üzrə ixtisaslı mütəxəssislərə ehtiyac var və professorun ölkəmizə səfəri kadrların yetişdirilməsində bizə yardımçı olacaq: “Azərbaycanda bu sahə ilə nəinki bir çox həkimlər, hətta xəstələr özləri də maraqlanırlar. Ona görə də əminəm ki, səfəriniz maraqlı keçəcək".

Rektor Əhliman Əmiraslanov gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd edib. O, qarşılıqlı fikirlər əsnasında müqavilənin hazırlanaraq imzalanması təklifini irəli sürdü: "Əminəm ki, Yaponiya tərəfi də bu işə müsbət baxacaq".

Görüşdə qonaq Nobukazu Nakasato Azərbaycana səfərindən məmnunluğunu bildirib. Epilepsiya sahəsini hərtərəfli əhatə edən proqram haqqında danışan qonaq ATU ilə bu sahədə sıx əlaqələrin yaradılmasına müsbət yanaşdığından söz açıb. O, bir çox ölkələrlə telekörpü vasitəsilə əlaqələrinin olduğunu, ATU ilə də bunu planlaşdırdığını deyib.

Görüşdə ATU-nun Tədris-Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rəhimə Qabulova, ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Nadir Zeynalov və  Nevrologiya və tibbi genetika kafedrasının əməkdaşı Kamran Salayev iştirak ediblər.

Daha sonra ATU-nun Tədris Terapevtik Klinikasında yaponiyalı professorun da iştirak etdiyi  epilepsiyanın aktual məsələlərinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.


Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu