
Böyük oktyabr inqilabının öndəri Vladimir İliç Leninin nəhəng heykəli Berlində 25 il sonra basdırıldığı meşədən çıxardılıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, təxminən 3,5 ton ağırlığındakı heykəl sərgilənəcək.
Berlin Friedrichshaindəki Lenin meydanında olan 19 metr yüksəkliyindəki heykəl, iki Almaniyanın birləşməsinin ardından 1991-ci ildə təxminən 130 parçaya ayrılaraq meşəyə basdırılıb. Berlinin cənub-şərqindəki bir meşəyə basdırılan heykəlin baş hissəsi çıxarılıb. Heykəlin digər parçaları yerində qalıb.
Spandau Hisar Muzeyi (Zitadelle Spandau) heykəlin baş qismini, şəhər tarixini əks etdirən bir sərgidə sərgiləmək üçün çıxarıb. Heykəlin baş hissəsi 1,70 metr yüksəkliyində və təxminən 3,5 ton ağırlığındadır.
Rus heykəltəraş Nikolay Tomskyun hazırladığı heykəl 1970-ci ildə Şərqi Berlində dövrün Lenin meydanında (indiki vaxtda Birləşmiş Millətlər Meydanı) ucaldılıb.
Modern.az