Modern.az

Bakıdakı toyda FACİƏ Rəqs etmək istəyən qadın öldü

Bakıdakı toyda FACİƏ Rəqs etmək istəyən qadın öldü

10 Sentyabr 2015, 22:11


 

 

 

 

 

 


 

Bir neçə dəqiqə öncə Bakıdakı şadlıq saraylarından birində faciə yaşanıb. “Sonalar sonası” şadlıq evində keçirilən toyun qızğın çağında ev sahiblərindən birinin halı pisləşib.

Modern.az-ın özəl xəbərinə görə, səhhəti pisləşən qadın bəyin bibisi imiş.Həmin qadın rəqs etmək üçün səhnəyə çıxır. Elə bu anda onun səhhətində ciddi problrmlər yaranır.

Ürəktutmasından əziyyət çəkən qadın üçün təcili yardım çağırılıb. Lakin xəstəni xilas etmək mümkün olmayıb – həkimlər hadisə yerinə gələnə kimi qadın keçinib. 

Qohumları hesab edir ki, təcili yardımın toy yerinə gec gəlməsi ucbatından bu xanımı xilas etmək mümkün olmayıb. Buna görə toy sahibləri ilə tibb işçiləri arasında qarşıdurma yaranıb.

Hətta məsələyə polis müdaxilə etməli olub.

 
Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu