
İsveç alimləri aşağı təzyiqlə antisosial davranış arasında asılılığı müəyyənləşdiriblər. Araşdırmanın nəticələri JAMA Psychology jurnalında dərc olunub.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqat nəticəsində maraqlı məqamlar ortaya çıxıb.
Belə ki, alimlərin müşahidələrinə əsasən, həmyaşıdlarına nisbətən təzyiqi aşağı olan 18 yaşlı yeniyetmələr gələcəkdə zorakılığa daha çox meyllənirlər. Onlar basqın, oğurluq kimi əməllərə maraq göstərirlər.
Araşdırma zamanı 710 nəfər kişi ilə bağlı məlumatlar nəzərdən keçirilib. Belə nəticəyə gəlinib ki, ürəyi daha asta döyünən şəxslərin gələcəkdə cinayət törətməsi şansı 50 faiz artıqdır. Maraqlısı odur ki, alimlər bunun səbəbini tapa bilməyiblər. Onların fikrincə, bu nüansı nə psixi, nə fiziki, nə də sosial-iqtisadi faktorlarla izah etmək olmaz. Alimlər ehtimal edir ki, təzyiqi aşağı olanlar stressli situasiyalara düşərkən özlərini tam fərqli apardıqlarına görə belə addım ata bilərlər.
Modern.az