Modern.az

Alsgeymer xəstəliyi yoluxucudur?

Alsgeymer xəstəliyi yoluxucudur?

11 Sentyabr 2015, 00:17

Alsgeymer xəstəliyinin inkişafına səbəb olan maddə çirkli cərrahi alətlərlə insandan başqasına keçə bilər. Bu haqda “Nature” nəşrində elmi məqalə dərc edilib.

Modern.az
həmin məqaləyə əsasən bildirir ki, indiyədək alimlər bu xəstəliyin genlə keçdiyini və qocalara xas olduğunu güman edirdilər.  

Lakin indi belə bir ehtimal ortaya çıxıb ki, cərrahiyyə əməliyyatından sonra, yaxud qan köçürməsi və hətta adicə diş həkiminə gedəndən sonra da adam bu bəla ilə üzləşə bilər.

Araşdırmanın müəllifi, britaniyalı nevroloq Con Kollinc qeyd edir ki, Alsgeymer xəstəliyinin “toxumu” sayılan protein molekulları yalnız 3 halda insan beynində peyda ola bilər:

“Ya onlar spontan yaranır (qocalıqda sadəcə bəxtiniz gətirməyə bilər), ya genetik pozulma ola bilər, ya da siz hansısa tibbi prosedur zamanı buna yoluxa bilərsiniz”.

Hələlik bu fərziyyənin təsdiqi yoxdur.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu