Modern.az

Bakı metrosu qış qrafikinə keçir - AÇIQLAMA

Bakı metrosu qış qrafikinə keçir - AÇIQLAMA

11 Sentyabr 2015, 09:35


“Bakı metrosu sentyabrın 15-dən etibarən qış qrafikinə keçir”. Bu haqda Modern.az saytına “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O qeyd edib ki, yeni tədris ilinin başlanması, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı metrosunun bütün stansiyalarında sərnişin axınının nəzərə çarpacaq dərəcədə artması proqnozlaşdırılır ki, bu da maksimum hərəkət ölçüləri - saatda 30 cüt qatardan hərəkət qrafikində istifadə olunması zərurətini doğurur:

“Bunları nəzərə alaraq sərnişindaşıma qabiliyyətini artırmaq, sərnişinlərə xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir.

Beləliklə, qatarların sayı artırılmaqla qatarlararası intervalı da azaldılır. Belə ki, “Həzi Aslanov” – “28 May” stansiyaları arasında hərəkət intervalı 2 - 2.5 dəqiqə (pik və qeyri-pik saatlarda) olacaq.

“28 May” – “Dərnəgül” və “28 May” – “İçərişəhər” stansiyaları arasında isə maksimum interval müvafiq olaraq 4-5 dəqiqə olacaq”.

Qeyd edək ki, iyul ayından Bakı metrosunda "yay qrafiki" tətbiq edilirdi. Belə ki, xətlərdə saatda 24 cüt qatar hərəkət edirdi və qatarlararası interval artırılmışdı.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu