Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etmək üçün yenidən namizədliyini irəli sürüb. O, Modern.az saytına bildirib ki, namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlər bu gün 52 saylı Quba seçki dairəsinə təqdim edilib.
Vahid Əhmədov ona bu dairədə alternativ olacaq digər namizədlərlə bağlı məlumatlının olmadığını qeyd etməklə yanaşı, bu seçkilərdə həmin dairədən deputat seçilmək istəyənlərin 10-15 nəfər olacağını da istisna etməyib.
Vahid Əhmədov 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. Azərbaycan müstəqillik qazandıqdan sonra AXC hakimiyyətində baş nazirin birinci müavini olan Vahid Əhmədov 2005 və 2010-cu illərdə 52 saylı Quba seçki dairəsindən Milli Məclisə deputat seçilib.
Modern.az