Modern.az

“Avropa Parlamentinin məqsədi seçkiləri şübhə altına almaqdır”

“Avropa Parlamentinin məqsədi seçkiləri şübhə altına almaqdır”

Təhsil

11 Sentyabr 2015, 13:29

 “Avropa Parlamenti tərəfindən dünən Azərbaycanla bağlı qəbul edilmiş qətnamə bir daha sübut etdi ki, Avropa Parlamenti bir çox siyasi qurumların və dairələrin əlində siyasi alət-oyuncağa çevrilib”. Bunu Modern.az-a açıqlamasında Demokratiya və İnsan Haqları Komitəsinin sədri, Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, bu qətnamə Avropadakı ermənipərəst, o cümlədən anti-türk, anti-müsəlman, islamafob dairələrin Avropa Parlamentinin üzvlərinin bir hissəsinin “ələ almaları”nın nəticəsidir:  “Adətən Azərbaycanda mühüm tədbirlər ərəfəsində Avropa Parlamentinin bu cür qətnamələr qəbul etməyə cəhd göstərməsi yenilik deyil. Azərbaycanda parlament seçkilərinə 50 gün qalmış Avropa Parlamentinin satın alınmış ayrı-ayrı fraksiyalarının təzyiqi nəticəsində Avropa Parlamenti tərəfindən  belə qərəzli, həqiqətə söykənməyən, Azərbaycanın daxili işlərinə qarışaraq məhkəmə hakimiyyətinin qəbul etdiyi qərarları  şübhə altına alan, böhtan və iftiralarla dolu qətnamənin qəbulu məhz parlament seçkilərinin nəticələrini indidən şübhə altına almağa hesablanıb”.

“Ölkədə vətəndaş cəmiyyətinin, QHT-lərin, siyasi partiya və mətbuatın azad fəaliyyəti üçün yaradılmış şəraiti görmək istəməyən Avropa Parlamenti ölkə qanunvericiliyinin tələblərini pozan və həbs edilmiş bir neçə şəxsə görə ölkə haqqında  mənfi imic formalaşdırmaq niyyəti ilə etdiyi bu cəhdlər və qəbul etdiyi belə qətnamələrin bir adı vardır – riyakarlıq!”  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza