Modern.az

“Əmrahbank”dan İŞİD-in haker hücumuna dair yeni AÇIQLAMA

“Əmrahbank”dan İŞİD-in haker hücumuna dair yeni AÇIQLAMA

İqtisadiyyat

11 Sentyabr 2015, 14:37


“Əmrahbank”ın amrahbank.az və amrahbank.com ünvanında yerləşən rəsmi veb-saytlarına daxil olmaq mümkün deyil. Saytın İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tabeliyində olan haker qruplarının hücumuna məruz qaldığı bildirilir.

“Əmrahbank”ın informasiya şöbəsindən  Modern.az saytına bildirilib ki, bankın saytında problem tam aradan qaldırıldıqdan sonra ictimaiyyətə geniş açıqlama veriləcək.

Bank əməkdaşı qeyd edib ki, hazırda saytda problem davam edir: “Çünki sayta daxil olarkən monitorda yalnız reklamlar görünür. Buna görə də maraqlanan hər kəsə səbirli olmağı tövsiyə edirik”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama