Böyük Britaniyanın BBC telekanalı Suriya ermənilərinin Ermənistan və Dağlıq Qarabağa köçürülməsi barədə reportaj yazıb. Modern.az adıçəkilən telekanala istinadən xəbər verir ki, xristian ermənilər Yerevan və Gümrü ilə yanaşı, Dağlıq Qarabağ ərazisinə də yerləşdiriliblər.
Məlumatlara görə, Suriyada münaqişə başlayandan bəri Dağlıq Qarabağa 250-dən artıq erməni ailəsi köçürülüb.
Azərbaycan tərəfi bundan əvvəl dəfələrlə Qarabağa süni şəkildə Suriya ermənilərinin köçürülməsi məsələsini beynəlxalq platformalarda qaldırıb.
Vüqar İsmayılov