Modern.az

Diktator 50 illik yubileyini qeyd edir

Diktator 50 illik yubileyini qeyd edir

11 Sentyabr 2015, 16:19

Suriyanın prezidenti Bəşər Əsədin 50 yaşı tamam olub. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Əsəd ixtisasca oftalmoloq – göz həkimidir. O 2000-ci ildə atası Hafiz Əsəd öləndən sonra prezident olub. Əslində Suriyanın prezidenti Əsədin böyük qardaşı Basil olmalı idi, ancaq o, yol qəzasında öldü.

2000-ci il iyulun 10-da dövlət başçısının seçilməsi ilə bağlı keçirilən referendumda  Bəşər Əsəd 97,3 faiz səs toplayıb. O, iyulun 17-də prezident səlahiyyətlərinin icrasına başlayıb.

2007-ci ilin may ayında Bəşər Əsəd ümumxalq referendumuna 97,62 faiz səs toplayaraq ikinci dəfə Suriyanın prezidenti seçilib.

Suriyada 2011-ci ilin mart ayından hərbi münaqişə başlayıb. BMT-nin məlumatına görə, vətəndaş müharibəsi nəticəsində 200 min nəfərdən çox suriyalı həlak olub.

Bəşər Əsəd Asma əl-Axras adlı xanımla evlidir. Onun həyat yoldaşı kompüter texnologioyaları mütəxəssisidir. Bu cütlüyün iki oğlu və qızı var.





Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza