“Avropa Parlamenti ədalətli və obyektiv qurum olsaydı Ukraynada yaratdığı böhrana görə və tökülən qanlara görə ən azı fəaliyyətini dayandırmalı idi”. Bu fikirləri Modern.az-a Yeni Azərbaycan partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi məlum qətnaməyə münasibət bildirərkən söyləyib.
“Avropa Parlamenti belə ədalətli və obyektiv qurumdusa, nədən bu gün bütün insanlığı sarsıdan Orta Doğudakı zülmdən qaçarkən Aralıq dənizində sularda qərq olmuş yüzlərlə günahsız uşaqlarla bağlı qətnamə qəbul etmir. Artıq hər kəs bilir ki Avropa Birliyi ancaq öz maraqlarına xidmət və İslamafobiya və türkfobiya xəstəliyinə düçar olmuş ölü bir qurumdur. NATO qurucusu və önəmli üzvü olan Türkiyəyə qarşı münasibətdə və Azərbaycana olan münasibətdə bu tam aydın sübut olundu. Dövlət səviyyəsində terrorçuluk fəaliyyətli və İşğalçı Ermənistanla bağlı nədən qətnamə qəbul etmirlər. Azərbaycan iqtidarı və xalqı bu təzyiqlərə heç məhəl qoymayacaqdır. Azərbaycanın Prezidenti ancaq öz xalqının və dövlətinin milli maraqlarına xidmət edən siyasət yürüdür. Onların sifarişini deyil. Avropa Parlamenti Avropa qaçqınları ilə bağlı yürütdükləri siyasətdən utanmalıdır”, - deyə M.İbrahimqızı bildirib.
AQİL