Modern.az

“Avropa Parlamenti Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilmir”

“Avropa Parlamenti Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilmir”

11 Sentyabr 2015, 17:03


“Avropa Parlamentinin son iclasında müzakirə olunmadan qəbul olunan qətnamə Azərbaycana qarşı qərəzli mövqenin bariz nümunəsidir”. Bunu Modern.az-a milət vəkili, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Azər Kərimli Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hər hansı komitədə müzakirə olunmadan qəbul edilən qətnamə bizə qarşı olan qərəzin göstəricisidir:

“Uzun illərdir Azərbaycan müstəqil dövlət kimi fəaliyyət göstərir. Bütün sahələr üzrə güclü və məqsədyönlü siyasət yürüdür, bu da təbii ki,  bəzi qüvvələrin maraqlarına uyğun deyil. Həmin qüvvələr bütün imkanlarından istifadə edib, Azərbaycana qarşı belə qərəzli mövqe nümayiş etdirirlər”.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza