Modern.az

““Azdrama”nın yalnız bir problemi var”

““Azdrama”nın yalnız bir problemi var”

11 Sentyabr 2015, 17:38

“Akademik Milli Dram Teatrında yalnız bir problem var idi. Mübahisələr də buna görə qalxmışdı. Hamı teatr üçün baş rejissor tələb edirdi. Bildiyiniz kimi, teatrın artıq baş rejissoru var. Məsələ qaydasına qoyulub”.

Bunu Modern.az saytına Akademik Milli Dram teatrının aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlu bildirib. Qeyd edək ki, Azərpaşa Nemətin teatra baş rejissor təyin olunmasından sonra qalmaqallı direktor İsrafil İsrafilovun da səlahiyyətləri azalıb. Buna baxmayaraq onun vəzifədə qalması ilə bağlı narazılıq səngiməyib. İki xalq artistinin dalaşmasından sonra kritik həddə çətən məsələyə görə hətta mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev İsrafil İsrafilovu danlayıb.

Ələsgər Məmmədoğlu isə hazırda teatrda nisbi sakitlik olduğunu və vəziyyətin get-gedə yaxşılaşacağını bildirir:

“Bu dəqiqə teatrda hər şey qaydasındadır. Baş rejissor təyin olunub, bundan sonra hər şey yaxşı olacaq”.

 

Elmin NURİ

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza