Modern.az

Deputat ermənilərin atəş nəticəsində evini yandırdığı kənd sakini ilə görüşüb -FOTO

Deputat ermənilərin atəş nəticəsində evini yandırdığı kənd sakini ilə görüşüb -FOTO

11 Sentyabr 2015, 17:38


Millət vəkili Qənirə Paşayeva ermənilərin atəş nəticəsində evini yandırdığı kənd sakini ilə görüşüb.

Modern.az xəbər verir ki, Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən Əlibəyli kəndində Ermənistan silahlılarının atəşkəs rejimini pozararaq yandırdığı mülkü vətəndaş Mayıl Ağacanova məxsus evi ziyarət edib. Kənd sakini millət vəkilinə evin hədəfə alınmasından 15-20 dəqiqə öncə Ermənistan silahlılarının atəşkəsi pozmasını silah səslərindən hiss edən kimi ailə üzvlərini evdən çıxardığını bildirib: “Allah göstərməsin evdə olsaydıq daha ağır faciələr yaşayardıq. Azərbaycan Silahlı Qüvvələrinin, ordumuzun düşmənə layiqli cavablar verdiyini və insanlarımızı qoruduğunu deyən ailə üzvləri düşmənin hər zaman insanlıqdan kənar əməllərlə məhz mülkü vətəndaşları hədəfə almalarına beynəlxalq təşkilarların sərt etiraz etməmələrini qınayırıq”.

Q. Paşayeva ön cəbhədə yerləşən kəndlərimiz hər zaman cənab Prezidentimizin xüsusi diqqətində olduğunu və hər zaman belə hallarda ailələr üçün yeni evin tikintisinin təmin olunduğunu bildirib:

“Bərpa agentliyinin rəhbəri Əli Məmmədovla ailənin vəziyyəti ilə bağlı bir gündə iki dəfə məsələ ilə bağlı danışmışıq. Bir neçə gün içində sizə yeni evin tikintisi üçün lazım olan bütün materiallar veriləcək. Yəni lazım olan bütün materiallar dövlət tərəfindən sizə veriləcək və evin tikintisi üçün bütün dəstək göstəriləcək. Gücü, imkanı çatan tovuzlular da hər zaman ön cəbhədə yaşayan sizin kimi insanlarımıza gücləri çatan qədər dəstək göstərməlidirlər və inanıram ki, bu belə də olacaq. 

Millət vəkili, həmçinin Ermənistanla cəmi bir neçə metrlik ön cəbhədə evləri yerləşən bir çox ailələrlə də görüşüb. Onların qayğı və problemləri ilə maraqlanıb: “Dövlətimiz, ordumuz hər zaman yanınızdadır və düşmən mülkü vətəndaşlarımıza qarşı hər cinayətinə görə düşündüyünüzdən də ağır cavablar alır və alacaq. Ön cəbhədə yaşaşan sizin kimi mərd, qorxmaz insanların varlığı düşmənə ən böyük zəhbədir .

Beynəlxalq təşkilatların, BMT, ATƏT, Avropa Parlamenti və Avropa Şurasının bu məsələlərə ikili standartlardan yanaşmalarına, işğalçı Ermənistanın cinayətlərinə göz yummalarına, heç bir təzyiq göstərməmələrinə qarşı etirazlarını hər zaman beynəlxalq platformalarda Azərbaycan rəsmiləri və millət vəkilləri səsləndirir. Ancaq çox təssüf ki, onlar Ermənistana deyil, əllərinə düşən hər fürsətdə yalan, yalnış məlumatlarla Azərbaycana təzyiq göstərmək istəyirlər. Xalqımızın bunun artıq yaxşı fərqindədir. Narahat olmayın, Azərbaycan artıq düşmənə layiqli cavab verə bilən bir Azərbaycandır.

Q.Paşayeva ailələrlə geniş fikir mübadiləsi də aparıb, onların qayğı və problemləri ilə geniş maraqlanıb.

Modern.az  
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza