Modern.az

Universitetdə müəllimlərin maaşı, tələbələrin təqüdü artırıldı

Universitetdə müəllimlərin maaşı, tələbələrin təqüdü artırıldı

11 Sentyabr 2015, 17:44


Sentyabrın 11-də Azərbaycan Dövlət Aqrar Universitetində Elmi Şuranın iclası keçirilib. Universitetdən Modern.az-a verilən məlumata görə, Şuranın iclasında 2014/2015-ci tədris ilinin yekunları və 2015/2016-cı tədris ilində qarşıda duran vəzifələr ətraflı müzakirə edilib.
Şuranın sədri, rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək ötən tədris ilində əldə olunmuş nailiyyətlər, problemlər və qarşıda duran vəzifələr barədə danışıb.
Qeyd edilib ki, kənd təsərrüfatı naziri Heydər Əsədovun 11 sentyabr 2015-ci il tarixli 93 nömrəli əmrinə əsasən kənd təsərrüfatı sahələrində daha çox ehtiyac duyulan ixtisaslara gənclərdə marağın artırılması məqsədilə 2015-ci ildə qəbul imtahanlarında 250-dən çox bal toplayaraq, aqronomluq, zootexniklik və baytarlıq ixtisasları üzrə dövlət sifarişi əsasında universitetin bakalavriat pilləsinə qəbul edilmiş tələbəyə aldıqları təqaüddən əlavə Universitetin xüsusi (büdcədənkənar) vəsaitləri hesabına ayda 100 (yüz) manat ödənilməsi haqqında qərar qəbul olunub.

Bundan başqa, 2015/2016-cı tədris ilində universitetə müvafiq olaraq 674 və 672 bal toplamış 2 tələbəyə aldıqları təqaüddən əlavə xüsusi (büdcədənkənar) vəsaitlər hesabına ayda 100 (yüz) manat, 500-600 arasında bal toplayan tələbələrə isə 50 (əlli) manat məbləğində ödənilməsi haqqında qərar da qəbul olunub.

Elmi Şuranın digər qərarına əsasən, 2015-ci il oktyabr ayının 1-dən  professor-müəllim və laborant-texniki heyətin sosial vəziyyəti nəzərə alınaraq, prorektorlar, dekanlar, dekan müavinləri, kafedra müdirləri, şöbə müdirləri, pedoqoji heyətdən olan elmlər doktorlarının əmək haqlarına 100 (yüz)  manat, muzeyin direktoru, "Aqrar mütəxəssis" qəzetinin redaktoru və 40 yaşınadək fəlsəfə doktorlarının əmək haqlarına 80 (səksən) manat, 40 yaşınadək elmi dərəcəsi olmayan müəllimlərin əmək haqlarına 60 (altmış) manat, inzibati binanın işçilərinin əmək haqlarına 50 (əlli) manat  və tədris-köməkçi heyətinin əmək haqqına 30 (otuz) manat məbləğində əlavələr edilib.

Bu kimi tədbirlərin davamlı xarakter daşıyacağını bildirən rektor belə bir şəraitdə müasir tələbələrə cavab verən kadr hazırlığına töhfə verməyi hər bir kəsin başlıca vəzifəsi olduğunu qeyd edib.

İclsasda, həmçinin, ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına uyğun olaraq universitetdə  qeydiyyat, qiymətləndirmə, monitorinq bölmələrinin yaradılması haqqında qərar qəbul olunub.

Modern.az 

 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza