Modern.az

“Heç bir maraqlarına nail ola bilməyəcəklər”

“Heç bir maraqlarına nail ola bilməyəcəklər”

11 Sentyabr 2015, 20:17

Avropa Parlamentində Azərbaycan ilə bağlı qəbul edilmiş qətnamənin qərəzli və ədalətsiz olduğunu insanlarımızın əksəriyyəti yaxşı anlayır. 

Bu fikirləri millət vəkili Qənirə Paşayeva Avropa Parlamentinin məlum qərarının şərh edərkən bildirib.

Modern.az-ın məlumatına görə, Q.Paşayeva qeyd edib ki, Avropa Parlamentini heç bir zaman Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz evinə dönə bilməyən 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin haqları maraqlandırmadı:

“Bu haqların Ermənistan tərəfindən 20 ildən artıqdır ki, pozulmasının qarşısını almaq üçün heç bir zaman Ermənistana təzyiq etmədi. Heç ciddi etirazlarını da eşitmədik. Azərbaycan əlehinə qüvvələrin niyə bu qədər fəallaşdığının səbəblərini də insanlarımızın əksəriyyəti yaxşı anlayır və bunun üçün də onlar bu istiqamətdə heç bir maraqlarına nail ola bilməyəcəklər”.

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza