Modern.az

Məkkədə dəhşətli qəza – ÖLÜ SAYI ARTIR

Məkkədə dəhşətli qəza – ÖLÜ SAYI ARTIR

11 Sentyabr 2015, 21:26

Bu gün Məkkədə güclü fırtına yaşanıb. Bu təbiət hadisəsi ucbatından Məscidi-Haramda qəza yaşanıb, tikinti kranı aşıb. Nəticədə ölən və yaralananlar var. Artıq 52 nəfərin həyatını itirməsi haqqında xəbərlər yayılır.  

Modern.az xarici xəbər agentliklərinə istinadən bildirir ki, müqəddəs torpaqlarda yerli saatla 17.00-da fırtına yaşanıb. Bunun ardınca güclü yağışlar yağmaya başlayıb. 

Şiddətli yağış təxminən yarım saat davam edib. Bir çox yeri su basıb, yollar gölə dönüb. küçələrdə yağış sularının hündürlüyü  təxminən 50 sm-ə qədər çatıb.

Fırtına  Haram məscidindən aparılan tikinti işlərinə mane olub. Tikinti meydançasında 50-55 metr hündürlüyündə kran ziyarətdə olanların üstünə aşıb. Nəticədə çoxsaylı yaralananlar var.

Faciə nəticəsində azı 65 nəfərin öldüyü, 154 nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, hazırda Məkkədə müsəlmanlar Ümrə ziyarətini həyata keçirirlər. Ölənlər arasında bir nəfər Türkiyə vətəndaşı da var. Həmçinin, yaralılar arasında 17 nəfərin Türkiyədən olduğu bildirilir.

APA-nın verdiyi məlumata görə Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur. Azərbaycandan Məkkəyə gedən azərbaycanlı zəvvarlar Mədinədə mehmanxanalara yerləşdirilib. 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza