Modern.az

Azərbaycan futbolunda görünməmiş hesab: 0:12

 Azərbaycan futbolunda görünməmiş hesab: 0:12

11 Sentyabr 2015, 22:15

Bu gün futbol üzrə Azərbaycan I Divizionunun ilk turunun daha 3 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, ilk turun ikinci oyun günündə qarşılaşmaların birində yaşıl meydanlarda nadir hallarda rast gəlinən hesab qeydə alınıb. “Neftçala” səfərdə “Energetik”i meydana çıxmağına peşman edib – 12:0.  

Digər oyunlardakı nəticələr aşağıdakı kimidir. 

“Şəmkir” - “Turan Tovuz” – 3:0
Qollar: İlham Alahverdiyev, 29, 43; Sərxan Ağayev, 90+1  

“Energetik” - “Neftçala” – 0:12

Qollar: Fərmayıl Əliyev, 19; 31, 36; David Janelidze, 24 (p.), 49, 85, 88; Aqşin Muxtaroğlu, 41; Məhəmməd Xəlilov, 50, 60; Anar Babayev, 77, Mübarək Şahquliyev, 90 

“Şahdağ” – MOİK – 1:1
Qollar: Vurğun Həsənzadə, 87 - Bayram Kərimov, 90+2 (p.)

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza