Modern.az

“ATƏT öz mandatını ciddi şəkildə pozur” – RƏSMİ AÇIQLAMA

“ATƏT öz mandatını ciddi şəkildə pozur” – RƏSMİ AÇIQLAMA

11 Sentyabr 2015, 23:53

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi bu qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun parlament seçkiləri ilə bağlı qərarına aid açıqlama yayıb.  

Açıqlamada qeyd olunub ki, “ATƏT-in parlament seçkiləri ilə bağlı müşahidə missiyasını göndərməkdən imtina etməsi bu strukturun öz mandatını ciddi şəkildə pozması deməkdir”.  

 “Azərbaycan hökuməti, ATƏT qarşısındakı öhdəliklərini yerinə yetirərək seçkiləri müşahidə etmək üçün  DTİHB-yə dəvət göndərib. Lakin ATƏT DTİHB qısamüddətli və uzunmüddətli müşahidəçilərin sayına dair Azərbaycan tərəfinin hazırladığı təklifləri qəbul etməyib.

Təəssüf ki, bu qurum  Azərbaycan tərəfi ilə suallar doğuran məsələlərlə bağlı məsləhətləşmələrdə iştirakdan imtina edib. Bu cür mövqe həm ATƏT-ə üzv olan dövlətin suveren hüquqlarına, həm də ATƏT-in dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanan ruhuna ziddir” deyə bildirilib.

Açıqlamada qeyd edilib ki, ATƏT DTİHB-nin müşahidə missiyasının seçkiləri izləyib-izləməməsindən asılı olmayaraq, Azərbaycan xalqı öz iradəsini şəffaf və açıq şəkildə ortaya qoyacaq.   Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməyəcəyi barədə məlumat yayıb. Həmin  institutun direktoru Maykl Corc Link deyib ki, rəsmi Bakının irəli sürdüyü şərtlərlə razılaşmadıqlarından belə qərar qəbul edilib. 

Linkin sözlərinə görə, Azərbaycan tərəfdən dəvət aldıqdan sonra DTİHB ölkəyə ehtiyacları qiymətləndirmə missiyası göndərib. Missiya seçkilərə 30 uzunmüddətli və 350 nəfərlik qısamüddətli müşahidə missiyası göndərməyi tövsiyə edib.

Lakin avqustun 31-də Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi isə ölkənin 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçi qəbul etməyə hazır olduğunu bildirib. Bundan sonra ATƏT  müşahidə missiyasının göndərilməsi qərarının ləğvi barədə qərar qəbul edib. (APA)        
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza