Dünyanın ən hündür cütlüyü – Çindən olan idmançılar Sun Minmin və Syuy Yan Ginnesin Rekordlar Kitabının təqdimatında iştirak ediblər.
Modern.az xarici mətbuata istinadən bildirir ki, onlar səyahət zamanı üzləşdikləri çətinliklər barədə mətbuat nümayəndələrinə danışıblar. “The Daily Mirror”un xəbərinə görə, basketbolçu Sunun boyu 2 metr 36 sm-dən də hündürdür. Onun arvadı – həndbolçu Syuy isə boyda 1 metr 87 sm-i keçir. Hündürlərin cütlüyü 2009-cu ildə tanış olub, 2013-cü ildə ailə qurublar. İdmançılar etiraf edirlər ki, təyyarədə uçmaq onlar üçün çox çətin və əziyyətlidir. Maşında gəzmək də hündür boylu gənclərə daim narahatlıq yaradır.
Modern.az