Modern.az

Məkkə faciəsində azərbaycanlıların olub-olmadığı araşdırılır - XİN

Məkkə faciəsində azərbaycanlıların olub-olmadığı araşdırılır - XİN

12 Sentyabr 2015, 09:21

 “Məkkədə baş vermiş insidentdə zərər çəkənlər arasında Azərbaycan Respublikası vətəndaşlarının olması Səudiyyə Ərəbistanındakı səfirliyimiz tərəfindən bu ölkənin rəsmi dövlət qurumları ilə araşdırılır”.

Bunu Modern.az saytına Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova isə bildirib ki, Səudiyyə Ərəbistanında baş verən faciə zamanı xəsarət alanlar içərisində azərbaycanlılar olmayıb.

Məkkədəki "Məscidül-Həram"da baş vermiş faciə nəticəsində 107 nəfər ölüb, 238 nəfər xasarət alıb. Ölənlərdən 2-sinin, yaralananlardan isə 19-nun türkiyəli zəvvarlar olduğu bildirilir.

Hadisə fırtına zamanı "Məscidül-Həram"ın genişləndirilməsində işlədilən kranın aşması səbəbyilə baş verib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza