Modern.az

Azərbaycan güləşçiləri Olimpiadaya 10 lisenziya qazandılar

Azərbaycan güləşçiləri Olimpiadaya 10 lisenziya qazandılar

Təhsil

12 Sentyabr 2015, 09:43



ABŞ-ın Las-Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.

Modern.az saytı xəbər verir ki, Azərbaycan idmançıları Las-Veqasda uğurla çıxış edərək Olimpiya Oyunlarına 10 lisenziya qazanıblar.

Azərbaycanın yunan-Roma güləşçilərindən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq), Xetaq Qazyumov (97 kq), Məhəmmədhacı Xatiyev (86 kq)  Olimpiya Oyunlarına vəsiqə əldə ediblər.

Qeyd edək ki, yarışlarda yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş medala yiyələniblər.
Dünən sərbəst güləş yarışları ötənilki Dünya və Avropa çempionumuz Hacı Əliyev (61 kq) də qızıl medal qazanıb.

Las-Veqasda keçirilən dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk beş yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edirlər.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza