Modern.az

Leyla Abdullayeva: “Bunların arxasında birmənalı olaraq erməni lobbisi dayanıb”

Leyla Abdullayeva: “Bunların arxasında birmənalı olaraq erməni lobbisi dayanıb”

12 Sentyabr 2015, 10:17

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə Milli Məclisin deputatı Leyla Abdullayeva da münasibət bildirib.

Deputat Modern.az-a açıqlamasında qətnamənin qərəzli xarakter daşıyaraq ikili standartlar siyasətinin bariz nümunəsi olduğunu deyib. ”İkili standartlar siyasətindən əziyyət çəkən ölkələrin başında müsəlman ölkələri, o cümlədən Azərbaycan dayanır. Bunu hamımız yaşamışıq və bilirik. İşğal olunan, aqressiyaya məruz qalan ölkə bizik. Amma Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur. Azərbaycan kimi tolerant bir ölkəyə qarşı isə təzyiq mexanizmlərini işə salmağa çalışırlar. Əminlikə demək olar ki, bunun heç bir nəticə və effekti olmayacaq. Azərbaycan bu gün stabillik və inkişaf məkanıdır. Bölgədə gedən prosesləri izləyirik. Görünür, kimlərinsə respublikamızın azad və müstəqil siyasəti xoşuna gəlmir. Bunların arxasında birmənalı olaraq erməni lobbisi, dünya erməniliyi dayanıb. Cənab prezident də dəfələrlə qeyd edib ki, bizim bir nömrəli düşmənimiz məhz onlardır”.  

Namidə Bingöl

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza