Parlament Jurnalistləri Birliyinin (PJB) sədr müavini Aqil Aslan 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclis üzvlüyünə namizədliyini irəli sürəcək.
Bu barədə Modern.az-a jurnalistin özü məlumat verib.
Aqil Aslan qeyd edib ki, o, hələ 2010-cu ildə keçirilmiş parlament seçkilərinə bu dairədən qatılaraq xeyli təcrübə toplayıb və həmin təcrübə qarşıdan gələn seçkilərdə qələbəsini təmin etmək üçün yetərlidir: “Mən ötən seçicilərdə demək olar ki, həmin dairədəki yaşayış məntəqlərinin böyük əksəriyyətinə getdim, insanlarla görüşdüm, onlarla təmasda oldum.
O insanlarla ötən beş il ərzində hər zaman əlaqə saxladım və onlar namizədliyimi irəli sürəcəyim təqdirdə yenə də mənə dəstək olacaqlarını bildirdilər.
Əminəm ki, bu dairədəki seçicilərin mənə olan münasibəti məni qələbəyə daha da yaxınlaşdıracaq və indidən adları məlum olmasa da, digər namizədləri, rəqiblərimi üstələməyimə imkan verəcək.
Yeri gəlmişkən, mən bütün namizədləri seçki mübarizəsinə səsləyirəm və təbii ki, orada kim qalib olacaqsa, məğlub olanlar bunu qəbul etməli, qalibin əlini sıxmalıdır.
Əminəm ki, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsində əli sıxılan mən olacağam”.
Modern.az