Modern.az

Hindistandakı partlayışda 100-dən çox ölən var

Hindistandakı partlayışda 100-dən çox ölən var

Təhsil

13 Sentyabr 2015, 00:05

Hindistanın Petlavad şəhərindəki restoranların birində partlayış nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb. 

Həlak olanlar arasında restoranın müştəriləri, ofisiantlar,  bina qarısındakı dayanacaqda avtobus gözləyən insanlar da olub.

Modern.az
xarici KİV-ə istinadən xəbər verir ki, daha 150 nəfərin yaralanması haqda məlumatlar yayılır.

Hələ də dağıntılar altında onlarla insanın olduğu güman edilir.  

Əvvəlcə restoranda partlayışa səbəb qaz borusunda yaranan nasazlığın olduğu hesab edilirdi. Lakin sonradan bəlli olub ki, hadisəyə səbəb partlayışlar üzrə usta olan bir şəxsin evindəki qəza olub. Kasava adlı bu şəxs dağ rayonlarında daşların partladılması üzrə mütəxəssis imiş. O, öz evində külli miqdarda partladıcı maddə saxlayırmış. 

Partlayış nəticəsində ətraf binalara və mağazalara ziyan dəyib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza