Sabahdan etibarən Bakıda bəzi marşrut avtobuslarının xətlərində dəyişikliklər baş verəcək.
Modern.az-ın məlumatına görə, bu, “BakuBus” MMC-yə məxsus 5 saylı maşrut avtobusunun fəlaiyyətə başlaması ilə əlaqədardır. Yeni 5 saylı marşrut avtobusunun hərəkət istiqaməti N.Nərimanov m/s – Təbriz küç. – Azadlıq pr. – 28 may m/s – Puşkin küç. – Azadlıq pr. – Zərifə Əliyeva küç. – Ə.Yaqubov küç. – 20-ci sahə olacaq.
Bu səbəbdən mövcud xətt üzrə hərəkət edən 20 və 24 saylı maşrut avtobusları xətdən kənarlaşdırılacaq.
Yeni tədris ilinin başlanması ilə əlaqədar sərnişin sıxlığı nəzərə alınaraq yeni 5 saylı maşrut avtobusunun istiqaməti üzrə hazırda fəaliyyət göstərən 37 və 88 saylı marşrut avtobuslarının isə hələlik mövcud hərəkət istiqamətləri saxlanılıb.
Əvvəlki 5 saylı marşrutun isə nömrəsi dəyişdirilərək 53 nömrəsi ilə əvəz olunub. Xatırladaq ki, köhnə 5 nömrəli avtobus Avtovağzal - 20 yanvar m/s – Badamdar qəs. - Səbail meydanı - 20-ci sahə istiqamətində hərəkət edirdi.
Qeyd edək ki, “Baku Bus” MMC-nin yeni 5 saylı marşrut avtobusu 2 gün ərzində test rejimində 8 avtobusla fəaliyyət göstərib. Sabahdan etibarən isə 20-dən artıq avtobus movcud marşrut xətti ilə fəaliyyət göstərəcək.
Modern.az