Modern.az

Yunanıstan sahilində qaçqınların qayığı aşıb – 28 ÖLÜ

Yunanıstan sahilində qaçqınların qayığı aşıb – 28 ÖLÜ

Təhsil

13 Sentyabr 2015, 20:22

Yunanıstan sahillərində baş verən faciə bu dəfə 28 qaçqının həyatına son qoyub.

Bu haqda Modern.az xarici KİV-lərə istinadən məlumat verir. 

Faciə Farmakonisi adası yaxınlığında yaşanıb. Naməlum səbəbdən içində qaçqınlar olan qayıq aşıb.

Xilasedicilər sudan 68 nəfəri göyərtəyə çıxarda biliblər. 29 nəfər üzərək sahilə çıxmağı bacarıb. Lakin 28 nəfərin bəxti gətirməyib. Hazırda xilasetmə əməliyyatları davam edir.

Xatırladaq ki, bir neçə həftə əvvəl Liviya sahillərində qaçqınla dolu iki qayıq aşmışdı. Yüzlərlə insan həlak olmuşdu.

Modern.az

     
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza