Britaniyanın “Shakespeare’s Globe” teatrının dünya turnesi çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Hamlet tamaşası nümayiş etdiriləcək.
Bu haqda məlumat Modern.az-a British Council təşkilatından daxil olub.
Dünyanın ən məşhur tamaşası 3 oktyabr 2015-ci il tarixdə British Council-in Azərbaycan Respublikasının Mədəniyyət və Turzim Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində baş tutacaq.Bu, tamamilə misilsiz teatr sərgüzəşti “Hamlet” tamaşasını iki il müddətində dünyanın hər bir ölkəsində nümayiş etdirməkdən ibarətdir. On altı nəfərdən ibarət teatr truppası dünyanın bütün qitələrinə səyahət edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edir.
Tamaşa ingilis dilində və azərbaycan dilində tərcümə sətirlər - qaçan titrlər vasitəsilə numayiş olunacaq.
Modern.az