Modern.az

Ramzan Kadırovun saxta profilləri bağlanacaq

Ramzan Kadırovun saxta profilləri bağlanacaq

Təhsil

13 Sentyabr 2015, 22:32

Çeçen Respublikasının prezidenti Ramzan Kadırov sosial şəbəkələrdə onun adından yaradılan saxta profillərdən şikayət edib və onların bağlanılmasını istəyir. 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kadırov özünün İnstagram-dakı profilndə digər sosial şəbəkələrdəki real akkauntlarının ünvanlarını dərc edib.

Prezident bildirib ki, bundan çoxdan xəbəri var: “Belə məsələlərə sakit yanaşırdım. Amma qəribəsi odur ki, bəzi mətbu orqanları bu səhifələrin mənim olmadığımı bildikləri halda, ora istinadən hansısa sitatları, hadisələri yazırlar”.

Hazırda Kadırovun İnstagram-ında milyondan artıq izləyicisi var. İki il yarım ərzində Çeçen prezidenti 5 mindən artıq şəkil və şərh paylaşıb. Fotobloqunda Kadırov respublika daxilindəki hadisələrdən, qəbul etdiyi qərarlardan söz açır.

2014-cü ildə Ramzan Kadırovun İnstagram-ı Rusiya KİV-lərində ən çox istinad olunan bloq olmuşdu.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza