Modern.az

Qaçış zamanı idmançı ölüb

Qaçış zamanı idmançı ölüb

Təhsil

13 Sentyabr 2015, 23:11

Bu gün Litva paytaxtında keçirilən ənənəvi marafon faciəli sonluqla başa çatıb. Belə ki, Vilnüsdəki tədbirdə qaçış iştirakçılarından biri dünyasını dəyişib.

Modern.az  TASS agentliyinə istinadən məlumat verir ki, peşəkar və həvəskar qaçışçılar üçün nəzərdə tutualn marafonda canını tapşıran yüngül atletin 44 yaşı olubmuş. 

İdmançı gözlənilmədən yerə yıxılıb. Vaxtında ilkin tibbi yardım göstərilsə də, onu özünə gətirə bilməyiblər. İdmançı ürək tutmasından keçinib.

Vilnüs marafonu 10 ildən çoxdur ki, hər il eyni vaxtda keçirilib. Bu dəfə trassa 16 min insan çıxıb ki, bu da rekord göstərici olub.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza