Modern.az

Amerikan hakerlər MSK-nın saytını dağıtmaq istəyib

Amerikan hakerlər MSK-nın saytını dağıtmaq istəyib

14 Sentyabr 2015, 00:37

Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) ABŞ-ın hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindədir.

Bu haqda bazar günü gecə ikən keçirilən mətbuat konfransında MSK sədri Vladimir Çurov məlumat verib. Modern.az Rusiya mətbuatına istinadən bildirir ki, sayta hücum saat 23.23-də başlayıb. Hakerlər sayta müdaxilə edərək oradakı məlumatları dəyişdirməyə cəhd göstəriblər. Bu zaman hücum dəqiqədə 50 min müdaxilə ilə baş verib. MSK bildirir ki, hücum San-Fransiskoda yerləşən bir qurum tərəfindən həyata keçirilib.

Qeyd edək ki, bazar günü Rusiyada vahid səsvermə günü keçirilib. Bəzi regionlarda parlament üzvləri və yerli icra idarələrinin başçılarını müəyyənləşdiriblər.

 Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza