Modern.az

“Mir” televiziyası Azərbaycanda yeni kanal açdı

“Mir” televiziyası Azərbaycanda yeni kanal açdı

Təhsil

14 Sentyabr 2015, 10:53


“Mir” televiziyası Azərbaycanda əhatə dairəsini genişləndirir. Mir” Dövlətlərarası Televiziya və Radio Şirkətinin (DTRŞ) Azərbaycan Nümayəndəliyindən Modern.az-a bildirilib ki, yeni mövsümdən etibarən “Mir” və “Mir 24” kanalları ilə bərabər, “Mir HD” kanalı da yayıma başlayıb.  
Nümayəndəlikdən verilən məlumata görə, “Mir HD” kanalı Bakı və Gəncə şəhərlərində “B&B TV” və “Ailə TV” kabel televiziyalarının operatorları tərəfindən yayımlanır. Kanal MDB ölkələrinin tamaşaçılarına xidmət göstərəcək. “Mir HD” ailə kanalı olaraq, seriallar, maraqlı sənədli filimlər, premyeralar, melodramlar və əyləncəli proqramlar yayımlayacaq. “Mir HD” telekanalını onlayn rejimdə www.mir24.tv və www.mirtv.ru internet portallarında da izləmək olar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza