Bu gün Bakı şəhəri təhsil işçilərinin sentybar konfransı keçirilir. Modern.az xəbər verir ki, konfransda təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil idarəsinin rəhbərliyiı, məktəb direktorları, qabaqcıl müəlimlər və media nümayəndələri iştirak ediblər. Təhsil nazirnin müavini və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov hüesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan müəllimlərin əməkhaqqı orta hesabla 35 faiz artıb. 7760 müəllimin əməkhaqqı 500-1000 manat, 466 müəllimin əmək haqqı isə 1000 manatdan yuxarıdır.
“Bakı müəllimlərinin orta aylıq əməkhaqqı ilə ölkə üzrə orta aylıq əməkhaqqı arasındakı uyğunsuzluq aradan qaldırılıb. Hazırda bu fərq 6 faiz təşkil edir. İlboyu keçirilən təlimlərin qiymətləndirilməsi nəticəsində 2200 nəfər arasından 853 nəfər ibtidai sinif müəllimi “Promethean” lövhəsi, 1546 nəfər isə kompüterlə mükafatlandırılıb”.
O eyni zamanda qeyd edib ki, “Bu günün və sabahın direktorları” layihəsi çərçivəsində 2014-cü ildə 15 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyinat alıb.
“2015-ci tədris ilində təlimlərdə 162 nəfər iştirak edib və çoxmərhələli seçim əsasında 24 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyinat alıb. Son 2 ildə müsabiqə yolu ilə 79 nəfər yeni direktor müavini təyin ediib”.
C.Bayramov hesabat dövründə BŞTİ tərəfindən TN-nin keçirdiyi müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün müsabiqəyə ümumlikdə 644 vakant yer çıxarıldığını vurğulayıb.
“Vakant yerlərin 375-i ibtidai sinif müəllimi ixtisası üzrə olub. Təhsil Nazirliyinin keçirdiyi yerdəyişmə müsabiqəsi nəticəsində digər rayonlar (şəhərlər) üzrə 51 nəfər müəllimin iş yeri Bakı şəhərinə dəyişdirilib. Müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqənin I, II və III turları nəticəsində 427 nəfər müəllim işə qəbul edilib”.
Aytən ZƏHRA