Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar xüsusi plenar iclası keçirilir. Modern.az saytı xəbər verir ki, bu dəqiqələrdə iclas başlayıb.
İclasın çağırılmasında məqsəd Avropa Parlamentinin 10 sentyabr tarixli iclasında Azərbaycandakı insan hüquqlarının vəziyyətilə bağlı qəbul olunmuş qətnamənin müzakirəsidir. Milli Məclis adından Avropa Parlamentinə cavab veriləcəyi gözlənilir.
Modern.az