Modern.az

“Avropa Parlamenti bu dəfə bütün sərhədləri keçdi”

“Avropa Parlamenti bu dəfə bütün sərhədləri keçdi”

14 Sentyabr 2015, 12:23



Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar xüsusi plenar iclası keçirilir. Modern.az saytı xəbər verir ki, iclasın çağırılmasında məqsəd Avropa Parlamentinin 10 sentyabr tarixli iclasında Azərbaycandakı insan hüquqlarının vəziyyətilə bağlı qəbul olunmuş qətnamənin müzakirəsidir.

“Biz Avropa Parlamentinin Azərbaycana qərəzli qətnamələr qəbul etdiyinin dəfələrlə şahidi olmuşuq. Ancaq bu dəfə Avropa Parlamenti bütün sərhədləri keçib”.
Bunu Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı spiker Oqtay Əsədov deyib. O, bildirib ki, bu dəfə Avropa Parlamenti bütün davranış qaydalarını pozub: “Biz Avropa Parlamentinin iclasını canlı müşahidə etdik və Avropa Parlamenti deputatlarının Azərbaycana qarşı nə qədər qərəzli mövqe tutduğunu gördük. İclasdakı məlumatlar açıq-aşkar saxtakarlığa əsaslanıb”.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza