Modern.az

Nazir müavini: “Məktəbəqədər təhsil səviyyəsi çox aşağıdır”

Nazir müavini: “Məktəbəqədər təhsil səviyyəsi çox aşağıdır”

14 Sentyabr 2015, 12:26



“Hesabat dövründ 87 məktəbdə 3,006 uşaq məktəbəhazırlıq kurslarını uğurla bitirib”.

Modern.az xəbər verir ki, bunu təhsil nazirinin müavini və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin “Sentyabr konfransı”nda çıxış edərkən deyib.

  O bildirib ki, ölkədə məktəbəqədər təhsil səviyyəsi çox aşağıdır.  

“Bakı şəhəri üzrə bu göstərici 27 faiz təşkil edir. Bunu gələcəkdə Avropa səviyyəsinə qaldırmaq nəzərdə tutulur. Hesabat dövründə məktəbdənkənar təhsil müəssisələrində 2,862 dərnəkdə 34,776 uşaq məşğul olub”.
 Məktəblilərin asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq mərkəzləri və idman məktəblərində dərnək, klub və studiyalara cəlb edilməsi həyata keçirilib”  

Aytən ZƏHRA
   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza