“2012-ci ildən bəri olan göstəricilər orta təhsilin səviyyəsinin yaxşılaşdığını göstərir”. Modern.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin konfransında çıxışında deyib.
O qeyd edib ki, 2012-ci ilin nəticələri ilə müqayisədə 9-cu sinfi bitirənlərdə müvəffəq qiymət alanların sayı 14 faiz artıb.“Ən zəif göstəricisi olan məzunların sayının azalmasını müşahidə edirik. Digər tərəfdən, biz ən yüksək akademik nəticələri əldə edən məzunların sayının da artdığını görürük. 500 baldan çox toplayan məzunların sayı 5 faizdən 6,7 faizə qədər artıb. Bu o deməkdir ki, biz uğurlu nəticələr əldə edirik. Biz bunu daha da mükəmməl edə bilərik. Bunun yolu bizim işimizin düzgün formalaşdırmasından ibarətdir.
Ölkədə şagirdlərin qiymətləndirilməsini icbari təhsil başa çatdıqdan sonra aparırıq. Biz qiymətləndirməni daha aşağı siniflərdə aparmaqla boşluqları daha tez görə bilərik. Bu isə həmin problemlərin aradan qaldırılması istiqamətində işlərin aparılmasını mümkün edir, bununla da nəticələri yaxşılaşdırmaq olar”.
Aytən ZƏHRA