Modern.az

“Bu il universitetlərə ötənilkindən 700 nəfər az tələbə qəbul olunub” - AÇIQLAMA

“Bu il universitetlərə ötənilkindən 700 nəfər az tələbə qəbul olunub” - AÇIQLAMA

14 Sentyabr 2015, 12:49

“Qəbul imtahanlarının nəticələrinin yaxşılaşması təhsilin ümumi keyfiyyətinin yaxşılaşmasıdır”. Modern.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin konfransında deyib.

O qeyd edib ki, bu il uzun illərdən sonra elan olunan keçid balları aşağı salınmayıb:

“Bilik səviyyəsi danışıqlar mövzusu ola bilməz. Əgər bilik səviyyəsi yoxdursa, təhsilin səviyyəsinin bir pilləsindən digərinə keçiddən danışıla bilməz. Bu il TQDK tərəfinin müəyyən etdiyi qəbul planı 85 faizdən çox yerinə yetirilib. Keçən illə müqayisədə 700 nəfər daha az tələbə universitetlərə qəbul olub. Bu, ali təhsil müəssisələrinin maliyyə dayanıqlığına, yüzlərlə müəllimin işdən azad olunmasına səbəb olmayıb. Bu da ali təhsil sisteminə daha keyfiyyətli tələbənin qəbul olmasına gətirib çıxar”.

Nazir bildirib ki, beynəlxalq olimpiadalarda çox uğurlu nəticələrə imza atmışıq:

“Riyaziyyat olimpiadasının nəticələrinə görə Azərbaycan ilk 50 ölkə siyahısına daxil olub. Bu bizi tam qane edə bilməz. Amma unutmayaq ki, biz haradan gəlirik və bu nəticələr bizi qane etməlidir. Digər olimpiadalardan Azərbaycan millisi medallarla qayıdıb. Qızılımız da olub. Düşünürəm ki, növbəti illərdə də beynəlxalq fənn olimpiadalarına diqqət yetirməkdə fayda var. Bunu stimullaşdıran səbəblərdən biri də Azərbaycanda keçirilən fənn olimpiadalarının sistemini və qaydasını dəyişmək idi. Bununla da  son 1 ildə şagirdlərin sayının 4,5 dəfə artımına nail olduq”.

Aytən Zəhra

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza