Modern.az

“Prezident Füzuliyə 2 dəfə səfər edib, 4 sərəncam verib”

“Prezident Füzuliyə 2 dəfə səfər edib, 4 sərəncam verib”

Təhsil

14 Sentyabr 2015, 13:30

Horadiz şəhərində Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın cəbhə bölgəsinə göstərdiyi diqqət və qayğıya həsr olunmuş ümumrayon görüşü keçirilib.
Təsbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, 1994-cü ildən bu günə kimi görülən işlər həyata keçirilən tədbirlər barədə danışıb.

Bildirib ki, 1993-cü ilin oktyabrında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə görkəmli siyasi xadim Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində düşməndən azad edilib. Daha sonra Horadiz və işğaldan azad olunmuş digər yaşayış bərpa olunub.
2003-cü ildə prezident seçkiləri ərəfəsində “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq, - deyən Prezident İlham Əliyevin sərəncamları ilə 2003-cü ildə rayon ərazisində 11 ədəd Qayıdış, 2007-ci ildə isə 5 ədəd Zobucuq qəsəbələri salınıb, hazırda həmin qəsəbələrdə 20 min nəfərdən artıq məcburi köçkün məskunlaşaraq yaşayırlar. Ölkə başçısının sərəncam və tapşırıqlarına uyğun olaraq ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları ödənilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən 2010-cü ildə rayonda Müalicə-Diaqnostika Mərkəzi, Horadiz şəhərində Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi tikilərək istifadəyə verilib. Son 4 ildə Prezident İlham Əliyev Füzuliyə 2 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 4 sərəncam imzalayıb.

Ölkə başçısının 2012-ci il dekabrın 15-də rayona səfəri zamanı Horadiz şəhərində Mədəniyyət evininin, Dram teatrının, Şahmat Məktəbinin, Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, 2 №-li tam orta məktəb binasının, YAP rayon təşkilatının inzibati binasının, Heydər Əliyev parkının, Horadiz Dəmir Yol Vağzalının, Soyuducu Anbar Kompleksinin, Su Elektrik Stansiyasının açılışında iştirak edib.

2013-cü ildə isə rayon Polis şöbəsi, Təhsil şöbəsi, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi üçün inzibati binaları tikilərək istifadəyə verilib. 

Ölkə başçısı 2014-cü il avqustun 28-də Füzuliyə sonuncu səfəri zamanı isə Horadiz şəhərinin ən yüksək nöqtəsində 10 ha ərazidə Bayraq meydanının, Boulinq zalının, Horadiz şəhərində tikiş fabrikinin, rayon İcra Hakimiyyətinin inzibati binasının, Uşaq bağçasının, Tarix-Diyarşünaslıq Muzeyinin, Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 227 fərdi evin və kommunal binanın, Qəhrəmanlar Parkının, Əhmədalılar – Mollaməhərrəmli – Arayatlı – Babı kəndlərarası avtomobil yolunun açılışında iştirak edib.

İşğal dövrü Alıxanlı kəndində 50, Əhmədalılar kəndində isə 25 yandırılmış ev bərpa olunaraq sahiblərinin istifadəsinə verilib.
Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 5 küçə yenidən bərpa olunaraq istifadəyə verilib, şəhərdə geniş yaşıllıq zolaqları salınıb, həmişəyaşıl ağaclar əkilib, park və xiyabanlar salınıb. Rayon ərazisində 20000-dən çox çinar, Türkiyə və İtaliyadan gətirilmiş 3500 leylandra, 10000 eldar şamı, 25000 dekorativ kol, ümumilikdə 100000 minə yaxın müxtəlif növ ağac və dekorativ kol əkilib.

Ölkə başçısının Sərəncamı ilə 25 min nəfər əhalinin yaşadığı 8 məntəqəni birləşdirən 31,7 kilometrlik Əhmədbəyli-Alxanlı-Zobucuq, həmçinin Bala Bəhmənli-Araz Dilağarda-Araz Zərgər avtomobil yolları yenidən qurulub.  Rayon ərazisində 60 km-ə yaxın yolların bərpası işləri başa çatdırılıb. Hazırda 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən 23 kmdən artıq olan yolun tikintisi sürətlə davam etdirilir.

Dövlət proqramına uyğun olaraq rayonun 37 şəhər, qəsəbə və kəndi təbii qazla təmin olunmuşdur. Yaxın günlərdə 4-cü və 5-ci Qayıdış qəsəbələri də qazla təmin olunacaq. Bununla da rayonun qazlaşdırılması tam başa çatacaqdır.

Son 4 ildə Araz Zərgər, Qarabağ, Gecəgözlü yatağı, Qazaxlar, və 4 №-li Qayıdış qəsəbəsində tam orta məktəb binaları tikilərək istifadəyə verilib. Əhmədbəyli kəndində 340 yerlik musiqi təmayüllü gimnaziyanın tikintisi başa çatmış, gimnaziya yaxın günlərdə şagirdlərin istifadəsinə veriləcək. 

Ümumiyyətlə isə son 10 ildə 3860 şagird yerlik 23 məktəb binası tikilib istifadəyə verilib,  • 2180 şagird yerlik 12 məktəb binası əsaslı təmir olunub.

Qeyd edilib ki, Füzuli rayonunda Heydər Əliyev Fondunu tərəfindən 4 böyük layihə həyata keçirilib. 2012-ci ildə Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə Horadiz şəhərində 240 şagird yeri olan ikimərtəbəli ən müasir avadanlıq və dərs ləvazimatları ilə təchiz olunmuş məktəb binası,  2014-cü ildə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində 100, 2015-ci ildə Bala Bəhmənli kəndində 60 çarpayılıq ikimərtəbəli uşaq bağçası-körpələr evləri, 2014-cü ildə Horadiz şəhərində Tarix-Diyarşünaslıq Muzeyi tikilərək istifadəyə verilib.

Hazırda Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 65 min nəfərdən artıq əhali yaşayır. 55 min nəfər füzulili isə məcburi köçkün kimi Bakı, Sumqayıt, şəhərlərində və respublikanın 50-dən çox şəhər və rayonlarında məskunlaşıb.

Hazırda Horadiz şəhərində Statistika və Kənd Təsərrüfatı İdarələri, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rayon şöbəsi üçün inzibati binalar, Əhmədbəyli kəndində 35 yerlik uşaq bağçası və xəstəxan binaları inşa olunur.

Bu gün cəbhə bölgəsində yerləşən Füzuliyə gələn hər bir qonaq burada müharibənin dağıntıları ilə üzləşmir.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza