Türkiyədəki ermənilər hazırda əvvəlki illərlə müqayisədə daha siyasiləşiblər. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bunu sentyabrın 14-də Yerevanda keçirilən müzakirədə İstanbulda çap olunan “Aqos” qəzetinin erməni versiyasının redaktoru Baqrat Estukyan deyib.
Ermənilərin Türkiyədə indiki vəziyyətinə toxunan Estukyan qeyd edib ki, ermənilər, adətən sağ partiyalara səs veriblər: “Ancaq bütün bu proseslər nəticəsində vacib dəyişiklik baş verib. Erməni icmasının nümayəndələrinin əksəriyyəti kürdlərin Xalqların Demokratik Partiyasına (HDP) səs veriblər”.
Estukyan əlavə edib ki, yunan icması da son parlament seçkilərində HDP-yə səs verib.
Modern.az