“Alimlər üçün bina tikilir və orada yoxlamalar da gedir. Akademiyanın əməkdaşlarından kənar kimlərinsə orada mənzil alması qəti mümkün deyil”.
Bunu Modern.az saytına Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, deputat İsa Həbibbəyli akademiya əməkdaşlarının mənzil problemlərindən danışarkən bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan əməkdaşların mənzil şəraitini yaxşılaşdırmaq üçün Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi-12 ünvanında yerləşən “Aspirantlar yataqxanası”na aid ərazidə 4 bloklu yeni yaşayış evi tikilib. Tikinti başa çatsa da, əməkdaşlar həmin binaya köçürülməyib.
Həmin bina hazırda AMEA-nın o qədər də yararlı olmayan yataqxanasında məskunlaşan 119 alim üçün tikilib.
Elmin NURİ