Xalq artisti, “Moskonsert”in rəhbəri Aleksandra Strelçenko Rusiya paytaxtındakı xəstəxanalardan birinə yerləşdirilib. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, tanınmış müğənniyə insult diaqnozu qoyulub. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir, reanimasiyadadır. Həkimlər həyatını xilas etmək üçün əllərindən gələni edirlər.
Aleksandra Strelçenko keçmiş SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibləri Xruşşovun və Brejnevin sevimli müğənnisi idi. Onu xalq mahnılarının kraliça ifaçısı adlandırırlar. Onun ifa etdiyi “Mənə yaylıq bağışla” və digər mahnılar hit hesab edilir.
Modern.az