Avstraliyanın baş naziri Toni Ebot baş nazir postundan istefa verəcək. Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, hökümətə Avstraliyanın rabitə naziri Malkolm Ternbol rəhbərlik edəcək.
Avstraliya Liberal Partiyasının keçirdiyi qurultay zamanı Ternbolun namizədliyinə 54, Toni Ebotun leyhinə isə 44 nəfər səs verib.