“Dilçilik İnstitutu ilə bağlı münasibət bildirmək istəmirəm. Direktorun işdə qalıb-qalmamağı institutun daxili məsələsidir. Mən də bununla bağlı nəsə desəm, ara qızışacaq. Tofiq Hacıyevin istefa verməməsi barəsində danışmaq istəmirəm”.
Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, deputat İsa Həbibbəyli akademik Tofiq Hacıyevin Dilçilik İnstitutunun direktoru vəzifəsindən istefasına münasibət bildirərkən deyib.
Bir müddət öncə akademik Tofiq Hacıyev institut direktoru vəzifəsindən istefa versə də, sonradan ərizəsini geri götürdüyü bildirilir. Akademikin indi işdə qalıb-qalmadığı məlum deyil.
Elmin NURİ