Modern.az saytında dərc edilən “Təfəkkür Universitetinə köçürülən tələbələrə hədə-qorxu gəlirlər” adlı yazıya qarşı tərəf cavab verib.
Bir qrup tələbə və valideynin şikayəti əsasında haqırlanmış məqalədə bildirilirdi ki, Bakı Asiya Universitetindən Təfəkkür Universitetinə köçürülmüş tələbələrdən burada illik təhsilhaqqı sənəddə göstəriləndən artıq istənilir
Təfəkkür Universitetinin mətbuat xidmətindən Modern.az-a daxil olan açıqlamada bildirilib ki, Bakı Asiya Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar Respublika Təhsil Nazirliyinin qərarı ilə “Təfəkkür”ə köçürülən tələbələrin heç biri problem yaradılmadan qeydiyyatdan keçib
“Onlar artıq “Təfəkkür” Universitetinin tələbələridir. Universitetdə onlara heç kim, heç bir hədə-qorxu gəlməyib. Təhsilhaqqı barədə yazdıqlarınızla əlaqədar bildiririk ki, “Təfəkkür” Universitetində tələbələrin ödəyəcəkləri illik təhsilhaqqı Bakı Asiya Universitetində tələbələrin ödədikləri illik təhsil haqqından 200 manat azdır”.
Modern.az