Modern.az

Bakı-Sumqayıt qatarında gediş haqqı bəlli oldu

Bakı-Sumqayıt qatarında gediş haqqı bəlli oldu

14 Sentyabr 2015, 20:22

Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə 20-70 qəpik arasında təsdiq edilib.

Tarif Şurasının iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxılıb və  Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilib. Tarif Şurasından  verilən məlumata görə, Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla, 20-70 qəpik arasında təsdiq edilib.

Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.


Qeyd edək ki, nəqliyyat sıxlığının aradan qaldırılması və tıxacların qarşısının alınması, əhalinin ictimai nəqliyyatdan istifadəsinin sadələşdirilməsi və rahatlığının təmin edilməsi məqsədilə Bakı-Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulmuş və yeni qatarlar alınıb.

 Qatarlar Bakı sərnişin stansiyasından saat 5:10, 5: 30, 6:50, 16: 00, 17: 25, 18: 25 və 19:25-də, Sumqayıt sərnişin stansiyasından 6:40, 7: 10, 7:55, 17:10, 18:30, 19:30 və 20: 30-da yola düşəcək.

Bakı sərnişin, Biləcəri və Sumqayıt sərnişin stansiyalarında post-terminallar və turniketlər quraşdırılıb.

Elektrik qatara biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkündür. Bakı-Sumqayıt marşrutu üzrə 8 elektrik qatarı fəaliyyətdə olacaq. Bunlardan üçü “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarı, beşi isə Riqada əsaslı təmir olunaraq ölkəmizə gətirilmiş elektrik qatarlarıdır.

 Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza