Modern.az

İndi də suriyalı uşağın cəsədinin karikaturasını yaydılar

İndi də suriyalı uşağın cəsədinin karikaturasını yaydılar

14 Sentyabr 2015, 22:03

Fransanın satirik jurnalı Charlie Hebdo suda batan və cədəi sahilə çıxan suriyalı körpə Aylan Kurdi ilə bağlı karikaturalar dərc edib.

Modern.az xəbər verir ki, jurnalda ölən uşağın meyitinin üstündə “Məqsədə lap yaxınlaşdıq” sözləri yazılıb. Onun üstündə isə “İki uşaq yeməyi birinin qiymətinə” yazılmış reklam lövhəsi asılıb.

Britaniyalı hüquqşünas Piter Herbert bu şəkillərin dərcindən sonra Charlie Hebdo-nu “rasist, Fransanın mənəvi cəhətdən batmasını göstərən” jurnal adlandırıb. Onun fikrincə, qaradərili hüquqşünaslar birliyi mütləq jurnalı məhkəməyə verməlidir. Çünki bu nəşr dözümsüzlüyü, sıxışdırmanı təbliğ edir.

Aylan Kurdi qaçqınların olduğu qayıqda batmışdı. Onun sahilə çıxmış cəsədinin şıkli bütün dünya mətbuatını dolaşmışdı və geniş ictimai rezonans doğurmuşdu.

Charlie Hebdo jurnalı isə İslamı təhqid edən karikaturları ilə tanınır.

  Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza