Modern.az

Məşhur cərrah dağdan tullananda ölüb - FOTO

Məşhur cərrah dağdan tullananda ölüb - FOTO

14 Sentyabr 2015, 22:32

41 yaşlı ürək cərrahı Mehmet Susam Fransa Alplarında həyatını itirib. Adrenalin həvəskarı olan həkim dağdan son tullanışında qəzaya uğrayıb.

Modern.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, məşhur cərrah 20 ildir ki, paraşütdən tullanma ilə məşğuldur. O, 4 ildir ki, Wingsuit adlanan xüsusi kostyumla dağdan tullanaraq havada süzməyi çox xoşlayırmış. Qanadları olan bu kostyumla 2-3 dəqiqə havada süzəndən sona paraşütü açıb yerə enirmiş.

Növbəti tullantı üçün Fransanın Alp dağlarına gedən Mehmet Susam havadan süzəndə qəzaya uğrayıb. O, yere enerkən qayalara çırpılıb.

Cərrah hətta öz ölümünü video qeydə alıb. İş orasındadır ki, belə tullanışlar zamanı insanlar dəbilqəyə videokamera yerləşdirirlər. Lakin yerli prokurorluq orqanları həmin görüntüləri istintaqa cəlb etdiyindən, hadisənin dəqiq necə baş verdiyi ictimaiyyətə bəlli deyil.   Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza